DÜNYA


Vladimir Putin: Mənim özümə də tezliklə karantin lazım gələcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin onun ətrafında çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Vladimir Putin sentyabrın 13-də paralimpiyaçılarla söhbətində bildirib.

“Təəssüf ki, bizdə, hətta mənim çevrəmdə hazırda da bu covıdlə bağlı problemlər meydana çıxır, həkimlər öyrənirlər”, - deyə dövlət başçısı vurğulayıb.

Reallıqda nə baş verdiyini araşdırmaq lazım gəldiyini qeyd edən Rusiya Prezidenti deyib: “Mənim özümə də tezliklə karantin lazım gələcək, həddən çox insanlar xəstələnir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.