DÜNYA
Vladimir Putin Özbəkistanda tikiləcək birinci AES-in simvolik açılışında iştirak edib
Daşkənd, 18 oktyabr, AZƏRTAC
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev və Rusiya Prezidenti Vladimir Putin “Rosatomun” layihəsi çərçivəsində Özbəkistanda tikiləcək birinci Atom Elektrik Stansiyasının (AES) videokonfrans vasitəsilə rəmzi açılışını ediblər.
AZƏRTAC xəbər verir ki, prezidentlərin sözlərinə görə, atom sahəsində kadrların hazırlanması ilə Moskva Mühəndis-Fizika İnstitutunun Daşkənddə yaradılacaq filialı məşğul olacaq. Bildirilib ki, AES Cizzak vilayəti ilə Nəvai vilayətinin sərhədində, Aydarkul gölünün sahilində tikiləcək. AES ən yüksək təhlükəsizlik standartlarına cavab verəcək, MAGATE-nin beynəlxalq norma və tələblərinə əməl etməklə ciddi ekoloji tələblər əsasında müasir avadanlıqlardan istifadə edilməklə tikiləcək.
AES-də iki enerji bloku inşa olunacaq. Tikintinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bildirilib ki, tikinti 11 milyard dollara başa gələcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]