DÜNYA


Vladimir Putin: Qərb Ukraynanı silahla təmin etdikcə Rusiya bütün potensialını ortaya qoyacaq

Vladimir Putin: Qərb Ukraynanı silahla təmin etdikcə Rusiya bütün potensialını ortaya qoyacaq

Bakı, 3 fevral, AZƏRTAC

Qərb Ukraynanı silahla təmin etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək. Bu, o deməkdir ki, Rusiyanın potensialı var və Qərb tərəfindən tədarük edilən yeni silahlar ortaya çıxdıqda, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün mövcud potensialından maksimum yararlanacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin Stalinqrad qələbəsinin 80-ci ildönümü tədbirində səsləndirdiyi fikri şərh edərkən deyib.

Volqoqrad şəhərində çıxış edən Putin qeyd edib ki, keçmişdə olduğu kimi, bu gün də Rusiya yenidən üzərində xaçlar olan Almaniyanın Leopard tankları ilə təhdid olunur.

O əlavə edib ki, Almaniya daxil Rusiyanı yeni savaşa sürükləyənlər, Rusiya üzərində qələbə qazanmağı düşünənlər bu müharibənin nəticəsinin fərqli olacağını anlaya bilmirlər. Zirehli hərbi maşınların istifadə olunması nələrisə dəyişməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.