DÜNYA


Vladimir Putin Qriqori Karasini vəzifəsindən azad edib

Moskva, 10 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Qriqori Karasini stats-katib - Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fərman sentyabrın 10-da dərc olunub. Rusiya dövlətinin başçısı digər Fərmanı ilə Yevgeni İvanovu bu vəzifəyə təyin edib.

Q.Karasin stats-katib - xarici işlər nazirinin müavini vəzifəsində 2005-ci ildən çalışırdı. O, MDB dövlətləri ilə ikitərəfli münasibətlər sahəsinə kuratorluq edirdi.

Yevgeni İvanov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1995-ci ildən Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin katibliyinin rəhbəri və konsulluq departamentinin direktoru işləyib. 2017-ci ildən Xarici İşlər nazirinin müavinidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.