DÜNYA


Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı Rusiyaya səfərə dəvət edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan dəvətə müsbət cavab verib.

Dövlət başçıları arasında telefon danışığı oktyabrın 15-də Türkiyənin təşəbbüsü ilə baş tutub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriya münaqişəsinin siyasi nizamlanması prosesinin davam etdirilməsi və oktyabrın sonlarında Cenevrə şəhərində BMT-nin rəhbərliyi altında Konstitusiya Komitəsinin çağırılmasına dəstək vermək barədə razılığa gəliblər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara, həmçinin sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.