CƏMİYYƏT


Vladimir Putin Yuli Qusmanı 75 illik yubileyi münasibətilə təbrik edib

Bakı, 9 avqust, AZƏRTAC

Rusiyanın dövlət başçısı Vladimir Putin 75 illik yubileyi münasibətilə Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, məşhur rejissor Yuli Qusmana təbrik teleqramı göndərib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Putin teleqramda səxavətli, çoxtərəfli istedada malik Yuli Qusmanın uğurlu fəaliyyət göstərdiyini, maraqlı, parlaq layihələrdə iştirak etdiyini və ictimai fəaliyyətlə məşğul olduğunu vurğulayıb, rejissora cansağlığı və uğurlar arzulayıb.

Bundan əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedyev də Y.Qusmanı təbrik etmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il il 1 avqust tarixli Sərəncamı ilə Azərbaycan-Rusiya arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yuli Solomonoviç Qusmanı “Dostluq” ordeni ilə təltif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.