DÜNYA


Vladimir Putin və Maykl Pompeo iki ölkə liderlərinin G20 sammitində görüşmək imkanını müzakirə ediblər

Bakı, 15 may, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiya və ABŞ liderlərinin Osakada keçiriləcək G20 sammitində görüşmək imkanını müzakirə ediblər. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşlərin yekunu ilə əlaqədar jurnalistlərə açıqlamasında bildirib. O, Moskvanın prezidentlərin potensial görüşünün istənilən formatına hazır olduğunu deyib.

Xatırladaq ki, Maykl Pompeo Soçidə əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Üç saatadək davam edən bu görüşdən sonra onlar mətbuata birgə bəyanatla çıxış ediblər. Daha sonra Maykl Pompeo Vladimir Putinlə görüşüb. Bu görüş başa çatdıqdan sonra Maykl Pompeo aeroporta yola düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.