DÜNYA
Vladimir Putin xalqa növbəti dəfə müraciət edib
Moskva, 2 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin aprelin 2-də xalqa növbəti dəfə müraciətlə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Rusiya dövlətinin başçısı həm dünyada, həm də Rusiyada koronavirus epidemiyasının pik nöqtəyə çatmadığını vurğulayıb. O, Moskvada koronavirusla bağlı vəziyyətin yaxşılığa doğru dəyişməyin hələlik mümkün olmadığını, lakin yaşlıları qorumağa, uşaq müəssisələrində epidemiyanın yayılmasının qarşısını almağa nail olunduğunu qeyd edib.
Prezident Vladimir Putin ölkədə əməkhaqqı saxlanmaqla qeyri-iş həftəsinin müddətinin aprelin 30-dək uzadılması barədə sərəncam verib. Eyni zamanda, o, vəziyyət yaxşılığa doğru dəyişdiyi təqdirdə bu qərarın dəyişəcəyini istisna etməyib.
Rusiya dövlətinin başçısı vurğulayıb ki, iş yerlərinin və əhalinin gəlirlərinin saxlanması hökumətin prioritet məsələlərindəndir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]