DÜNYA


Vladimir Zelenski Ali Radanı buraxmaq niyyətindədir

Bakı, 17 may, AZƏRTAC

Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Dmitri Razumkov “1+1” telekanalının “Hakimiyyət hüququ” proqramının efirində deyib.

“Vladimir Zelenski Ali Radanı buraxacaq, çünki bunun üçün parlamentdə koalisiyanın olmaması kimi bir sıra səbəblər mövcuddur”, - deyə o bildirib. “Fikrimcə, bu gün koalisiya ona görə mümkün deyil ki, iki koalisiya fraksiyasının 226 xalq deputatı yoxdur”, - deyə Razumkov əlavə edib.

Bir qədər əvvəl Vladimir Zelenskinin seçki qərargahı Radanın buraxılması barədə video petisiyanı dərc etmişdi. Zelenskinin özü seçki kampaniyasının gedişində Radaya növbədənkənar seçkilərin keçiriləcəyinin mümkünlüyünü bildirmişdi. Ukrayna parlamentinə növbəti seçkilər oktyabrın sonlarında keçirilməlidir. Vladimir Zelenskinin inauqurasiyası isə mayın 20-nə planlaşdırılıb. Konstitusiyaya əsasən, Prezident parlamentin səlahiyyətinin sona çatmasına 6 aydan az qalmadığı halda, yəni mayın 27-dək Radanı buraxmaq və növbədənkənar seçkilər keçirmək hüququna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.