DÜNYA


Vladimir Zelenski “Bayden işi” ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib

Bakı, 10 oktyabr, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Ştatların sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun işi üzrə ABŞ-la birgə istintaq komitəsinin hələ qurulmadığını, lakin Kiyevin əməkdaşlığa hazır olduğunu bildirib.

AZƏRTAC Ukrayna telekanallarına istinadla xəbər verir ki, Zelenski bu fikirləri jurnalistlər üçün keçirdiyi press-marafonda səsləndirib. Prezident mövzu ilə bağlı sualı cavablandırarkən belə deyib: “Baydenin işi ilə bağlı müştərək istintaq komitəsi hələ ki, yoxdur... Biz açığıq. Buyurun, qoy beynəlxalq istintaq komitəsi olsun, biz etiraz etmirik. Hazırda bu mövzunun davamı yoxdur”.

Qeyd edək ki, bir qədər əvvəl Ağ ev iyulun 25-də ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan danışığın stenoqramını dərc edib. Stenoqram Donald Trampın həqiqətən də Vladimir Zelenskidən direktorlar heyətinə Baydenin oğlunun da daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdıran Ukraynanın sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahiş etdiyini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.