DÜNYA


Vladimir Zelenski “Minsk formatının” islahatına və ya ləğvinə çağırıb

Bakı, 26 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda münaqişənin sülh yolu ilə həll olunması üzrə Minsk sazişi formatının islahatını və ya ləğvini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Vladimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Bizim iki variantımız var: Minsk formatını dəyişə, ya da hər hansı digər formatdan istifadə edə bilərik... Bu prosesin sürəti böyük əhəmiyyət kəsb edir”, - deyə Ukrayna Prezidenti bildirib.

Nəşrin məlumatına əsasən, Vladimir Zelenski, həmçinin ABŞ, Böyük Britaniya və Kanadanı diplomatik prosesdə daha aktiv iştirak etməyə çağırıb.

Qeyd edək ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ərazilərində atəşkəsi nəzərdə tutan Minsk protokolu 2014-cü il sentyabrın 5-də Ukrayna, Rusiya və ATƏT nümayəndələri tərəfindən imzalanıb. 2015-ci il fevralın 11-12-də Minsk şəhərində keçirilən sammitdə imzalanmış ikinci sazişdə Normand dördlüyü ölkələri - Almaniya, Fransa, Ukrayna və Rusiya liderləri iştirak ediblər. Sonradan Minsk razılaşmaları BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı ilə təsdiqlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.