MƏDƏNİYYƏT
Vladimir Zelenski “Twitter” səhifəsində Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Twitter” səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, belə bir audiobələdçinin yaradılması ilə əlaqədar qarşılıqlı razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycana səfəri çərçivəsində Yelena Zelenskayanın Azərbaycan Milli Xalça Muzeyini ziyarəti zamanı əldə edilib. Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində yaradılan audiobələdçi Ukraynanın Müstəqillik Günündə təqdim olunub.
Sevindirici haldır ki, Xalça Muzeyini Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı, Ukrayna dilində audiobələdçi ilə kəşf etmək olar. Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]