DÜNYA


Vladimir Zelenskinin koronavirusla bağlı təkrar testi yenə müsbət çıxıb

Kiyev, 19 noyabr, AZƏRTAC

Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət müalicədən sonra təkrar test verib. Təkrar testin cavabında Ukrayna Prezidentində yenə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Zelenskinin özü sosial şəbəkəsində yazıb.

"Təəssüf ki, təkrar testin cavabı ürəkaçan deyil, ancaq gündəlik işimlə məşğulam. Artıq iyi hiss edirəm, gücüm bərpa olunur”,- deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti noyabrın 11-dən xəstəxanaya yerləşdirilib və koronavirusa görə müalicə alır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.