MƏDƏNİYYƏT


“Voca People” qrupu Heydər Əliyev Mərkəzində çıxış edib

Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da məşhur “Voca People” qrupu Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Voca People” tərəfindən Bakı tamaşaçılarına incə yumor, gözəl səslər və maraqlı repertuarı özündə cəmləşdirən proqram təqdim olunub.

Qeyd edək ki, İsrailin “Voca People” qrupu 2009-cu ildə yaradılıb. Mini teatrın 8 üzvü səhnəyə ağ kostyumda və ağ qrimdə çıxır. Şounun süjet xəttinə görə, Voka planeti sakinlərinin gəmisi tanımadıqları Yer kürəsinə məcburi eniş edirlər. Onlar musiqidən enerji toplayan gəmilərini işə salmaq üçün Yer sakinlərinin mahnıları ilə tanış olurlar.

“Voca People” qrupunun repertuarına dünyanın 70-dən artıq məşhur mahnısı daxildir. İfaçılar çıxışları zamanı truba, baraban, gitara, skripka, royal və digər musiqi alətlərinin səslərini imitasiya edirlər. “Voca People” qrupu indiyədək ABŞ, İspaniya, İtaliya, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə çıxış edib.

Qrup oktyabrın 11-də isə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək “V1 Challenge Azerbaijan” yarışının “Baku Crystal Hall”dakı təqdimat şousunda səhnəyə çıxacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.