DÜNYA
Vodafone İtaliyada 5G layihəsinə start verir
Roma, 16 dekabr, AZƏRTAC
Dünyada ən böyük mobil operator olan “Vodafone Telekom” İtaliyanın Milan şəhərində 5G texnologiyasını sınaqdan keçirir.
AZƏRTAC xəbər verir ki, baş qərargahı Böyük Britaniyada yerləşən “Vodafone” telekommunikasiya şirkətinin filialı olan “Vodafone İtalia” Milan şəhərində 3,6-3,8 GHz diapazon tezliklər zolağı vasitəsilə 5G texnologiyalarını sınaqdan keçirmə layihəsinə rəsmən start verib.
“Vodafone İtalia”nın baş direktoru Aldo Bisio deyib ki, “Vodafone” 90 milyon avro büdcəsi olan layihə üzrə 28 tərəfdaş ilə çalışacaq.
Şirkətdən bildiriblər ki, şəbəkə gələn ilin sonunadək şəhərin və paytaxtın ətraf bölgələrinin 80 faizini, 2019-cu ilədək isə 100 faizini əhatə edəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]