MƏDƏNİYYƏT


“Voice of Astana” beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb VİDEO

Astana, 17 iyun, АZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə “Voice of Astana” (Astananın səsi) I beynəlxalq estrada musiqi müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər veirir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliynin təşkilatçılığı ilə hər il keçiriləcək dünya səviyyəli müsabiqənin yekun nəticələri açıqlanıb.

Beynəlxalq müsabiqədə Azərbaycanın təmsilçisi əməkdar artist, opera sənətçisi İlham Nəzərov 3-cü yeri qazanıb. Birinci turda İlham Nəzərov Toleqen Muxametjanovun Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sözlərinə bəstələdiyi “Astana mənim şəhərim” (qorod moy Astana) mahnısını ifa edib.

Müsabiqəyə Azərbaycan, İtaliya, Böyük Britaniya, Çin, Gürcüstan, Tatarıstan, Hindistan, Rusiya, Bolqarıstan, İsrail, Özbəkistan, Qırğızıstan, Estoniya, Türkiyə və Qazaxıstandan iştirakçılar qatılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.