QAN YADDAŞI


Vokalçı tələbə: İyirmi Yanvar şəhidlərinin qəhrəmanlığı qarşısında baş əyirik

Samsun, 19 yanvar, AZƏRTAC

Azərbaycanlı olmaq nə qədər fəxarətdirsə, ölkəmiz və xalqımızı qardaş Türkiyədə layiqlə təmsil etmək də bir o qədər qürurludur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı rəşadətli Qələbə ruh yüksəkliyimizi zirvələrə qaldırıb. Buna görə bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah onların əzizlərinə, bütün xalqımıza səbir, qazilərimizə şəfa versin.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Samsun 19 May Universitetinin (Ondokuz Mayıs Üniversitesi) tələbəsi, Samsunda təhsil alan azərbaycanlı tələbələrdən ibarət “Ruzigar” musiqi qrupunun rəhbəri və solisti Ruslan Abbaszadə ifadə edib.

20 Yanvar faciəsi barədə kitablardan oxuduğunu, bu amansız cinayətin dəhşətlərini televiziya ekranlarından izlədiyini söyləyən vokalçı Ruslan Abbaszadə deyib: “Otuz iki il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilən bu cinayət bütün mənalarda insanlıq əleyhinə qətliamdır. O dövrdə bütün xalqımızın yumruq kimi birləşərək Vətənin müdafiəsinə qalxması qürurumuzdur. Uzun üzüntülərdən, ağır illərin sınağından sonra böyük Zəfər qazanmağımız biz tələbələri daha məsuliyyətli olmağa səsləyir. İyirmi Yanvar şəhidlərinin qəhrəmanlığı qarşısında baş əyirik. Arzu edirik ki, “Ruzigar” musiqi hər zaman Zəfər sədaları ilə səhnələrdə olsun. Biz hər yerdə dövlətimizin yanındayıq!”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Samsun 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.