MƏDƏNİYYƏT


Vokalçılar Təranə Mahmudova və Elbəy Məmmədzadənin konserti maraqla qarşılanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu günlər ölkəmizdə daha bir beynəlxalq tədbir - 12-ci Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində oktyabrın 23-də “Landmark”da vokalçılar Təranə Mahmudova və Elbəy Məmmədzadənin konserti olub. Caz axşamında Təranə Mahmudovanı pianoda Elbəy Məmmədzadə, bassda Levan Deisadze və zərb alətlərində Zaza Tsertsvadze müşayiət ediblər. İfaçı milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz əsərlərini də səsləndirib. Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.