MƏDƏNİYYƏT
Vokalçıların Bülbül adına yeddinci beynəlxalq müsabiqəsinin ikinci turu başa çatıb
Bakı, 6 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Bülbül Fondunun birgə təşkilatçılığı ilə vokalçıların Bülbül adına yeddinci beynəlxalq müsabiqəsinin ikinci turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu turda 26 nəfərdən yalnız 12-si finala vəsiqə qazanıb. Hazırda müsabiqənin seçim turları davam edir. İyunun 7-də Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə müsabiqənin final mərhələsi keçiriləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində Xalq Artisti, Dövlət mükafatları laureatı Bülbülün 120 illik yubileyinə həsr edilən növbəti tədbir iyunun 8-də Heydər Əliyev Sarayında, iyunun 9-da isə Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]