İDMAN


Voleybol məşqçiləri üçün texniki təlim kursuna yekun vurulub

Bakı, 20 sentyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Bakıda voleybol məşqçiləri üçün təşkil olunan təlim kursuna sentyabrın 20-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, kursun bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyası prezidentinin müşaviri Əbülfəz Hüseynov, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, “AzərReyl” voleybol klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova və təlimin beynəlxalq dərəcəli mühazirəçisi Dan İlye Girleanu iştirak ediblər.

Nəzəri və praktiki hissələrdən ibarət “Level 2” təlim kursunu uğurla başa vurmuş voleybol məşqçiləri təltif olunublar.

Layihənin məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Beşgünlük təlimdə Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycandan 30 məşqçi iştirak edib.

Xatırladaq ki, MOK məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq İdman federasiyalarının dəstəyi ilə voleybol, velosiped, atletika, badminton və digər idman növləri üzrə kurslar həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.