REGİONLAR


Voleybol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Ağdam, 9 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ağdam Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, Ağdam Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi yarışda 8 komanda iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Paşabəyli kənd komandası birinci, Üçoğlan kənd komandası ikinci, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin komandası üçüncü yerə layiq görülüblər.

Birinci yeri tutan komanda kubokla mükafatlandırılıb. İlk üç yerə layiq görülən komandaların üzvlərinə isə diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.