REGİONLAR


Voleybol üzrə Ağsu rayon çempionatı keçirilib

Ağsu, 14 sentyabr, AZƏRTAC

Ağsuda gənclər və idman idarəsinin təşkilatçılığı ilə voleybol idman növü üzrə rayon çempionatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 12-də start götürən və iki gün davam edən çempionat koronavirus pandemiyasına qarşı müdafiə tədbirlərinə əməl etmək şərtilə açıq hava şəraitində, Pirhəsənli kəndinin inzibati ərazisində yerləşən voleybol meydançasında baş tutub.

Yarışlar “A” və “B” qruplarında, hər qrupda dörd komanda olmaqla, ümumilikdə 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatın qalibi “Aghsu city” komandası olub. II və III yerləri isə müvafiq olaraq “Pirhəsənli” və “FHN-1” komandaları tutub.

Sonda qalib komandalar diplom, medal və kubokla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.