İDMAN
Voleybol üzrə Azərbaycan millisi səfərdə Bolqarıstan yığmasının qonağı olacaq
Bakı, 25 may, AZƏRTAC
Mayın 26-da qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək. İlk iki matçda qalib gələn Azərbaycan millisi üçüncü cəhdində Bolqarıstan yığması ilə üz-üzə gələcək.
AZƏRTAC xəbər verir ki, mayın 26-da Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Aleksandros Milonakis (Yunanıstan) və Çavdar Marev (Bolqarıstan) idarə edəcəklər.
Millimizin yer aldığı qrupun digər görüşündə isə Portuqaliya millisi Ukrayna yığmasını qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.