İDMAN
Voleybol üzrə dünya çempionatının finalçıları məlum olub
Bakı, 19 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda Çin yığmasını 3:2 hesabı ilə məğlub edən İtaliya millisi həlledici görüşə vəsiqə qazanıb. İtaliyalıların rəqibi Hollandiya komandası ilə görüşdən 3:1 hesablı qələbə ilə ayrılan serbiyalılar olacaq.
Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da, Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]