İDMAN


Voleybol üzrə milli komandalarımız Avropa Liqası yarışlarında mübarizə aparacaqlar

Bakı, 2 dekabr, AZƏRTAC

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyası (CEV) məlumat yayıb.

Qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız isə Gümüş Avropa Liqasında gücünü yoxlayacaq.

Yarışların 2022-ci ilin may-iyun aylarında keçiriləcəyi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.