İDMAN


Voleybol üzrə milli komandamızın üzvü Rumıniya klubunda oynayacaq

Bakı, 11 avqust, AZƏRTAC

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anastasiya Bessonova karyerasını Rumıniyada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, iyirmi yaşlı hücumçu ölkə çempionu Alba Blaj klubuna transfer olub.

Voleybolçumuz Blaj şəhərinin təmsilçisi ilə bir illik müqavilə imzalayıb. O, yeni komandasına Avropa çempionatı başa çatdıqdan sonra qoşulacaq.

Xatırladaq ki, Azərbaycan yığması avqustun 23-dən sentyabrın 8-dək Budapeştdə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. C qrupunda yer alan voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya seçmələri ilə üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.