İDMAN


Voleybol üzrə qadınlardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunub

Bakı, 15 dekabr, AZƏRTAC

Voleybol üzrə qadınlardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunub.

AZƏRTAC xəbər verir ki, yanvarın 7-12-də Niderlandda keçiriləcək Avropa Olimpiya təsnifat turnirində millimiz Vasif Talıbovun rəhbərliyi ilə çıxış edəcək. Famil Ağayev və Eldar Yusubov isə yığma komandada baş məşqçinin köməkçiləri funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, hər üç çalışdırıcı qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında mübarizə aparan klublarda baş məşqçi kimi fəaliyyət göstərirlər. Vasif Talıbov “Murov”, Famil Ağayev “Azərreyl”, Eldar Yusubov isə “Abşeron” voleybol klubunun baş məşqçiləridirlər.

Milli komandamıza yeni təyin olunmuş baş məşqçi 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində yeniyetmələr arasında Olimpiya çempionu olub. O, yığma komandamızın üzvü olmaqla yanaşı, Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmaqla başlayıb.

Məşqçilik fəaliyyətində uğurlu nəticələri nəzərə alınaraq V.Talıbov 2013-cü ildə Bakıya dəvət alıb və “Telekom” klubunun baş məşqçisi təyin edilib. 2014-cü ildə isə Avropada dünyada öz sözünü demiş, dəfələrlə Azərbaycan çempionu olmuş və klublararası dünya çempionatının qızıl medalçısı olan “Rabitə” komandasında məşhur məşqçi Zoran Qayiçin yanında ikinci məşqçi olaraq çalışıb. 2017-2018-ci illərdə mütəxəssis Ukraynanın “Vinnitsa” voleybol komandasının baş məşqçisi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.