İDMAN
Voleybol üzrə xüsusi olimpiyaçı qızlar arasında seçmə yarışları keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində voleybol üzrə qızlar arasında seçmə yarışları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda keçirilən seçmə yarışların yekun nəticələrinə görə, ən güclü divizionda Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin komandası birinci yeri tutub. Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin voleybolçuları ikinci, Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin yığması isə üçüncü yeri tutub.
Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak etmək şansı qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]