İDMAN


Voleybol yarışlarının birinci gününün sonuncu oyunlarında Belçika və İtaliya komandaları fərqləniblər

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında birinci günə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında dördüncü oyunda Belçika və Çexiya komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən Belçika millisi rəqibinə 3:1 (25:23, 19:25, 25:22, 25:16) hesabı ilə qalib gəlib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə günün sonuncu qarşılaşması Almaniya və İtaliya yığmaları arasında oynanılıb. Matçda İtaliya təmsilçiləri daha yaxşı oynayaraq 3:0 (25:20, 25:13, 25:20) hesablı qələbə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.