İDMAN


Voleybolçu qızlarımız Avropa çempionatına hazırlığa Sloveniyada start verəcəklər

Bakı, 9 avqust, AZƏRTAC

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Braziliyanın Uberlandiya şəhərində keçirilən Olimpiadaya lisenziya xarakterli təsnifat turnirindən sonra istirahətə yollanıb.

AZƏRTAC xəbər verir ki, doqquzuncu dəfə Avropa çempionatında iştirak edəcək millimiz hazırlığa avqustun 14-də başlayacaq. Komandamız Avropa çempionatına hazırlığa Sloveniyada start verəcək. Hazırlıqlar zamanı yığmamız Sloveniya millisi və digər komandalarla bir neçə yoldaşlıq oyunu keçirəcək. Voleybolçularımız Avropa çempionatında iştirak etmək üçün avqustun 21-də Macarıstana yollanacaqlar. C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır.

Avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək Avropa çempionatında 24 komanda mübarizə aparacaq.

İki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.