İDMAN
Voleybolçularımızın dünya çempionatının ikinci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
Bakı, 5 oktyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada təşkil olunan XVIII dünya çempionatının ikinci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, voleybolçularımız ikinci mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaqlar.
Millimiz oktyabrın 7-də İtaliya, bir gün sonra Çin, ayın 10-da Türkiyə, ertəsi gün isə Bolqarıstan ilə qarşılaşacaq.
Yığmamız ilk mərhələdə Koreya Respublikasına (3:1) və Trinidad və Tobaqoya (3:0) qalib gəlsə də, ABŞ-a (0:3), Rusiyaya (0:3) və Tailanda (3:1) məğlub olub.
Qeyd edək ki, oktyabrın 20-də başa çatacaq dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [19:15]
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
- 20.04.2024 [19:00]
Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb
- 20.04.2024 [18:27]
Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]