CƏMİYYƏT


Volfqanq Maniq: Şuşa Almaniya şəhərlərindən biri ilə qardaşlaşa bilər

Şuşa, 25 may, AZƏRTAC

Şuşa şəhəri ən azı coğrafi baxımdan bənzərsizdir. Onu hansısa alman şəhəri ilə müqayisə etmək düzgün olmaz.

AZƏRTAC xəbər verir ki, bunu Şuşa şəhərində səfərdə olan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq jurnalistlərə müsahibəsində bildirib.

Müharibələrdən sonra alman şəhərlərinin də oxşar vəziyyətdə olduğunu xatırladan səfir ölkəsinin dağıdılmış şəhərlərin bərpası, yenidən qurulması sahəsində böyük təcrübəyə malik olduğunu bildirib, Almaniyanın Azərbaycana dəstək olmağa, ekspertlər göndərməyə hazır olduğunu vurğulayıb.

“Şuşa şəhəri, həmçinin hansısa Almaniya şəhəri ilə də qardaşlaşa bilər”, - deyən səfir Veymar şəhərinin adını çəkərək, bunun özlüyündə bir proses olduğunu qeyd edib. Deyib ki, səlahiyyətli şəxslər bu prosesə qoşularaq qərar qəbul etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.