SİYASƏT


Volkan Aydemir: 15 sentyabr Azərbaycan-Türkiyə birlik və qardaşlığının təntənəsidir

İstanbul, 15 sentyabr, AZƏRTAC

1918-ci ildə olduğu kimi, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü münasibətilə 2018-ci ildə keçirilən təntənəli paradda da Azərbaycan və Türkiyə, eləcə də hər iki dövlətin liderləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev yan-yana idilər. Bu qürurverici mərasimdə çıxışları zamanı hər iki lider dünyaya qardaşlıq dərsi keçdilər. Prezidentlərin çıxışları zamanı qardaşlığa, inkişaf edən iqtisadi, hərbi və strateji birliyə edilən vurğu bu günlərin müjdəçisi idi.

Bu fikirləri AZƏRTAC-a Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

1918-ci ilin böyük şair Əhməd Cavada bu gün türklərin himninə çevrilən “Çırpınırdın Qara dəniz” mahnısının sözlərini yazdırdığını deyən V.Aydemir bildirib: “Böyük itkilərə baxmayaraq, o illər Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir. Bu tarix Azərbaycan-Türkiyə birliyinin təntənəsidir. Bakının işğaldan azad edilməsi qədər Türkiyənin Qurtuluş və Çanaqqala müharibələri də bu qardaşlığın, birliyin nümunəsidir. Əsrlər boyu bu iki dövlətin nümayəndələri bir millət uğrunda canından keçməyə hazır olublar.

Hazırda hər iki dövlətin, o cümlədən bütün türk dünyasının yeganə istəyi var- Natəvanın, Vaqifin vətəni, bir çox bənzərsiz poeziya nümunələrinə ilham olan tarixi Azərbaycan torpağı Qarabağda ilk baharı seyrə çıxmaq.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.