DÜNYA
“Volker” siklonu Moskvanı cənginə alıb
Moskva, 13 fevral, AZƏRTAC
Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaq.
AZƏRTAC xəbər verir ki, fevralın 12-dən Rusiya paytaxtını cənginə alan “Volker” siklonu güclü qar və küləklə müşayiət olunur.
Hava Proqnozu Mərkəzinin məlumatına görə, yaxın 12-15 saat ərzində siklonun təsiri daha da güclənəcək. Fevralın 13-ü səhərə kimi şəhərdə qar örtüyünün qalınlığının 55-60 santimetrə, küləyin sürətinin isə saniyədə 15-20 metrə çatacağı gözlənilir.
Qasırğanın fevralın 13-ü günorta saatlarınadək davam edəcəyi, gələn həftənin əvvəlindən isə havanın temperaturunun mənfi 25-30 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [13:08]
Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər
- 29.03.2024 [13:02]
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
- 29.03.2024 [12:52]
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
- 29.03.2024 [12:06]
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
- 29.03.2024 [11:26]
Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir
- 29.03.2024 [11:21]
Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır
- 29.03.2024 [11:13]