DÜNYA


“Volkswagen” Şərqi Avropada yeni fabrik açmaq niyyətindədir

Buxarest, 27 noyabr, AZƏRTAC

“Volkswagen” şirkətlər qrupu yeni fabrik üçün Cənub Şərqi Avropada yer axtarır. Yeni fabrikdə 5 min nəfər işlə təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, istehsalın 2022-ci ildə başlayacağı gözlənilir. Fabrik Rumıniya, Bolqarıstan və ya Türkiyədə açılacaq. Fabrikin açılmasında əsas məqsəd şirkətin elektrik mühərrikli avtomobillərin istehsalına başlamasıdır. “Volkswagen” bu cür avtomobillərin istehsalına 34 milyard avro ayırmaq niyyətindədir. Şərqi Avropada fəaliyyət göstərəcək yeni fabrikdə şirkətin bir çox brendləri istehsal ediləcək.

Qeyd edək ki, “Volkswagen” şirkəti 12 brendi özündə birləşdirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.