DÜNYA


“Volkswagen” konserni robotların “əməyindən” istifadə edəcək

Berlin, 14 mart, AZƏRTAC

Almaniyanın “Volkswagen” avtokonserni əl əməyi ilə icra edilən bəzi funksiyaların avtomatlaşdırılmasına və sərbəst qalan vəsaitin müasir IT-sistemlərə yatırılmasına keçid sayəsində 2024-cü il üçün təqribən 7 min iş yerini ixtisar edəcək. İstehsalçı ştatın ixtisar edilməsi hesabına hər il gəlirlərini 6 milyard dollar artıracaq.

AZƏRTAC xəbər varir ki, ixtisaslı işçilər üçün bu kədərli xəbəri avtokonsernin mətbuat xidmətinin başçısı Volsburqda açıqlayıb. Şirkətin rəhbərliyində buraxılan modellərin sayının, habelə xammal və material xərclərinin azaldılması ehtimalı da müzakirə olunur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.