DÜNYA
“Volkswagen” minlərlə əməkdaşını işdən azad edəcək
Bakı, 13 mart, AZƏRTAC
Almaniyanın “Volkswagen” şirkəti 2023-cü ilə qədər yeddi minə yaxın əməkdaşını işdən azad edəcək. Bunun əvəzində isə elektronika və proqram təminatı sahələrində iki min yeni iş yeri yaradılacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, əməkdaşların sayının azaldılmasına səbəb şirkətin gündəlik işlərini avtomatlaşdırmasıdır. Şirkətdən verilən məlumatda rəqəmsal dövrə keçidi sürətləndirmək məqsədilə 19 milyard avro dəyərində investisiya yatırılacağı da bildirilir. “Volkswagen”in gələcək planlarında maddi xərcləri azaltmaq, məhsuldarlığı artırmaq yolu ilə qazanc əldə etmək kimi məsələlər də yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [12:43]
Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir
- 18.04.2024 [12:32]
Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir
- 18.04.2024 [12:20]
Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb
- 18.04.2024 [12:15]
Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb
- 18.04.2024 [12:11]
İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub
- 18.04.2024 [11:43]
Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib
- 18.04.2024 [11:11]