Volodimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb
AzerTAg.az
Kiyev, 19 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat yayıb.
V.Zelenski görüşün nəticəsi olaraq bildirib ki, Ukrayna ABŞ arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.
“ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm. Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq”, - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev



Xəbərin mətnində orfoqrafik səhv var