DÜNYA


Volodimir Zelenski: Ukrayna ilə Aİ arasında assosiasiya sazişi 63 faiz yerinə yetirilib

Bakı, 1 iyul, AZƏRTAC

Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişi 63 faiz yerinə yetirilib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada çıxışı zamanı deyib.

“Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişi artıq 63 faiz yerinə yetirilib, 37 faiz isə hamımız üçün, dövlətimiz üçün vəzifə olaraq qalır. Lakin siz onlarla vacib qanun layihəsini işləyib hazırlamalı, həmkarlarınız qarşısında müdafiə etməli və onları təsdiq etməlisiniz”, - deyə Volodimir Zelenski bildirib.

Ali Radada video-formatda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə öz növbəsində “Avropanın qapısına” gedən yolun uzun olacağını deyib.

“Beş ay öncə Ukraynanın Avropa İttifaqına namizəd olacağını təsəvvür etmək mümkün deyildi. Bu gün isə Ukraynanın seçimini və Maydan hərəkatının böyük qələbəsini qeyd etmək olar”, - deyə Ursula fon der Lyayen əlavə edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.