DÜNYA


Volodimir Zelenski: Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlanır

Volodimir Zelenski: Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlanır

Bakı, 19 mart, AZƏRTAC

Bir sıra Qərb ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

"Ukrayna üzrə təmas qrupunun növbəti görüşü keçirilib. Dostlarımız - Kanada, Almaniya, Fransa, Danimarka və Estoniyadan yeni müdafiə paketləri var. Buraya döyüş sursatı, tank və artilleriya aiddir”, - deyə o qeyd edib.

“Bu həftə bir sıra Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketlərini açıqlayıb. Beləliklə, Kanada hava hücumundan müdafiə sistemləri üçün tanklar, raketlər göndərəcək. Ottava, həmçinin əvvəllər Kiyevə vəd edilmiş “Leopard 2” tanklarının ikinci partiyasını göndərməyə başlayıb. İsveç hökuməti Ukraynaya səkkiz “Archer” özüyeriyən artilleriya qurğusu vermək qərarına gəlib. Estoniya da öz növbəsində xüsusi təyinatlılar üçün snayper silahları və texnikasının partiyasını bağışlayacaq. Danimarka Ukraynaya 1 milyard kron (150 milyon dollar) dəyərində yeni hərbi yardım paketi verəcək”, - deyə TASS qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.