DÜNYA


Volodimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb

Bakı, 5 iyul, AZƏRTAC

Ukrayna taxılının ixracına imkan yaradılması üçün BMT və Türkiyə ilə danışıqlar aparılır.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderson ilə Kiyevdə keçirilən brifinqdə bildirib. O deyib ki, ixrac prosesinin reallaşdırılması çətin olsa da, mümkündür. Ukrayna ixracatçı kimi, bunda maraqlıdır.

“Biz maraqlıyıq ki, fermerlərimiz gələn ilə, növbəti məhsula işləməkdə davam etsinlər. Bunun üçün biz bütün bunları – arpanı, buğdanı, qarğıdalını ixrac etməliyik. Hazırda 22 milyon ton bloklanıb. Biz payızda 60 milyon tona yaxın taxıl gözləyirik. Orada həqiqətən çətin vəziyyət olacaq”, - deyə prezident əlavə edib.

Volodimir Zelenski qeyd edib ki, Ukraynanın bloklanmış limanlarından Rusiyanın oğurladığı taxılın dövlətlər tərəfindən alınmaması üçün diplomatik səviyyədə iş aparılır. Taxıl ixracının dəmir yolu və dəniz nəqliyyatı kimi müxtəlif yolları üzərində iş gedir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.