Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı olub
AzerTAg.az

Kiyev, 12 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat verib.
Voldomir Zelenskinin sözlərinə görə, telefon danışığında Ukrayna ətrafında təhlükəsizlik vəziyyəti, həmçinin “Normand format”ı çərçivəsində sülh prosesinin intensivləşdirilməsi yolları və Üçtərəfli Təmas Qrupunun danışıqları müzakirə edilib.
“Biz son beynəlxalq danışıqlarla bağlı fikir mübadiləsi apardıq. Mən Emmanuel Makronun deeskalasiya prosesində şəxsi iştirakını yüksək qiymətləndirirəm”,- deyə Volodimir Zelenski əlavə edib.
Makron bildirib ki, Rusiya Prezidenti ilə telefon danışığında sərhəddəki gərginlik kontekstində ukraynalıların soyuqqanlılığını müsbət qiymətləndirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var