İQTİSADİYYAT
Volqoqrad sahibkarları Bakıda birbaşa ticari-iqtisadi əlaqələrin inkişafı yollarını müzakirə edəcəklər
Bakı, 7 iyul, AZƏRTAC
Volqoqrad və Azərbaycan sahibkarları Bakıda birbaşa ticari-iqtisadi əlaqələrin inkişafı yollarını müzakirə edəcəklər.
AZƏRTAC “Volqoqrad İşgüzar Televiziyası”na istinadla xəbər verir ki, Volqoqrad Ticarət-Sənaye Palatası vilayət biznesinin rəhbərlərini Bakıya səfəri planlaşdırılan nümayəndə heyətinə qoşulmağa dəvət edir.
Nümayəndə heyəti Rusiyanın Volqoqrad vilayəti ilə Azərbaycan Respublikasının sahibkarları arasında birbaşa ticari-iqtisadi əlaqələri inkişaf etdirmək üçün yaradılır.
Səfərin proqramında Volqoqrad vilayəti sahibkarlarının Azərbaycandan olan potensial tərəfdaşlarla görüşləri və danışıqları nəzərdə tutulur. Əsas vəzifə xarici iqtisadi əlaqələr sahəsində razılaşmalar əldə etmək, regional məhsulların xarici bazarlara ixracına nail olmaq və regionun iqtisadiyyatına investisiyalar cəlb etməkdir.
Səfər 2018-ci il sentyabr ayının 1-dən 8-dək davam edəcək.