SİYASƏT


Voronej və Arxangelskdə fəaliyyət göstərən Azərbaycan diasporu şəhid ailələrinə dəstək göstərib

Bakı, 13 oktyabr, AZƏRTAC

“Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyəti və “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla birlik və həmrəylik nümayiş etdirərək ölkəmizdə gedən Vətən müharibəsinə öz dəstəyini göstərir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təşkilatların dəstəyi ilə Azərbaycanın cəbhə bölgəsində yaşayan sakinlərə, şəhid ailələrinə və Ordumuzun əsgərlərinə yardım kampaniyası təşkil edilib.

Kampaniya çərçivəsində diaspor təşkilatlarını təmsil edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ailələrini ziyarət edir, onlara başsağlığı verir və humanitar yardım göstərir.

Diaspor rəhbərləri bildiriblər ki, bu humanitar aksiya müharibə sona çatanadək davam edəcək və Azərbaycanın bütün bölgələrini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.