İDMAN


“Vorskla”–“Qarabağ” oyununun hakimləri bəlli olub

Bakı, 5 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”ın səfərdə Ukraynanın “Vorskla” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda baş tutacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alen Byeri və Lukas Fandrix olacaq. Almaniyalı Edqar Ştaynborn görüşün hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.