DÜNYA


Vuçiç: Aİ və Kosovo nümayəndələri ilə görüşdə heç bir sənəd imzalanmayacaq

Vuçiç: Aİ və Kosovo nümayəndələri ilə görüşdə heç bir sənəd imzalanmayacaq

Bakı, 18 mart, AZƏRTAC

Serbiya Avropa İttifaqı və Kosovo nümayəndələri ilə Şimali Makedoniyanın Ohri şəhərində keçiriləcək görüşdə heç bir sənəd imzalamaq niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç görüş ərəfəsində bildirib.

Bu gün Ohri şəhərində Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Aleksandar Vuçiç və Kosovo hökumətinin başçısı Albin Kurti ilə ikitərəfli görüşü baş tutacaq, ardınca isə üçtərəfli görüş keçiriləcək. Görüşdə, həmçinin Avropa İttifaqının Qərbi Balkan regionundakı xüsusi nümayəndəsi Miroslav Layçak iştirak edəcək.

Serbiya Prezidenti martın 16-da etdiyi telemüraciətdə qarşıdakı görüşdən taleyüklü heç nə gözləmədiyini deyib.

Xatırladaq ki, əsasən alban əhalisinin məskunlaşdığı Kosovo və Metohiya muxtar diyarı qanlı toqquşmalardan sonra 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib. Qərb dövlətlərinin əksəriyyəti Kosovonun müstəqilliyini tanısa da, Belqrad onu hələ də serb dövlətinin tərkib hissəsi sayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.