ELM VƏ TƏHSİL


Vüqar Bayramov: Peşə təhsilinin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir

Bakı, 3 avqust, AZƏRTAC

Peşə təhsilinin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da peşə təhsilinin daha da inkişaf etdirilməsi, onun əhatə dairəsinin genişləndirilməsi, peşə təhsili alan tələbələrin sayının 50 faiz artırılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan prosesini izləmək üçün təşkil olunan infoturda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, növbəti illərdə yeni peşə təhsili mərkəzlərinin tikilməsi də qarşıda duran hədəflərdəndir. Peşə təhsilinin genişləndirilməsi, infrastrukturunun yenilənməsi bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı da artırır. İnanıram ki, bugünkü imtahanlar peşə təhsili sisteminin ixtisaslı kadrlarla təminatına imkan verəcək.

“Bu gün inkişaf etmiş ölkələrdə peşə təhsilinə xüsusi önəm verilir. Peşə təhsili daha qısa zamanda əmək bazarına daxil olmağa imkan yaradır. Azərbaycanda da gələcəkdə peşə təhsilinin daha sürətlə inkişafı proqnozlaşdırılır və gözləniləndir”, - deyə deputat Vüqar Bayramov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.