İQTİSADİYYAT


Vüqar Eyvazov: Vətəndaşlar evlərini müvəqqəti də olsa tərk edəndə məlumat verməlidirlər

Bakı, 7 yanvar, AZƏRTAC

İstər abonentlərin təhlükəsizliyi, istərsə də digər səbəblərdən vətəndaşlar yaşadıqları evlərini müvəqqəti də olsa tərk etdikdə, “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu İB-də keçirilən növbəti “Açıq qapı” aksiyasında abonentlərə müraciət edən qurumun Hüquq departamentinin rəisi Vüqar Eyvazov deyib.

“Bu, təhlükəsizlik baxımından ona görə önəmlidir ki, hansısa səbəbdən baş vermiş sızmalar və ya digər neqativ hallar təhlükəli anlar yaşatmasın. Bu addım, eyni zamanda, sərfiyyatla bağlı yarana biləcək anlaşılmazlığın qarşısını da alacaq”, – deyə V.Eyvazov bildirib.

Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev tarif limitlərinin sıfırlanma səviyyəsi ilə bağlı abonentlərə səslənərək deyib ki, sərfiyyatın ölçülmə müddəti bir aylıq dövr üçün müəyyən edildiyinə görə, limitlərin yenilənməsi prosesində də bu dövr mütləq nəzərə alınır. Bu baxımdan abonentlərin narahatlığına heç bir əsas yoxdur.

Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə cari ildə qazlaşacaq kənd və yeni yaşayış massivlərindən danışıb. Qazlaşma prosesinin birliyin daxili imkanları hesabına aparıldığını deyən şöbə rəisi bu prosesin mərhələli şəkildə icra olunduğuna diqqət çəkib. Hər bir vətəndaşın mavi yanacaqla təminolunma haqqını xatırladan şöbə rəisi bu haqqın təmin olunması istiqamətində sürətli işlərin getdiyini bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə birliyin işini ədalətli şəkildə işıqlandıran media qurumlarına təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.