CƏMİYYƏT


Vüqar Gülməmmədov: 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində insanlarımızın yurd həsrətinə son qoyulmaqla yaddaşlara şanlı səhifə kimi həkk olundu

Bakı, 13 aprel, AZƏRTAC

2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tam dəqiqliklə həyata keçirdiyi strategiyanın rəşadətli Ordumuz tərəfindən reallaşdırılan Zəfər ilidir. Ötən il 44 günlük Vətən müharibəsinin nəticəsində insanlarımızın yurd həsrətinə son qoyulmaqla, yaddaşlara şanlı səhifə kimi həkk olundu. Bu müharibə həm də dünya hərb elminə Azərbaycan Ordusunun rəşadət səhifəsi kimi daxil oldu. Biz müharibə dövründə dövlət-vətəndaş birliyinin şahidi olduq.

AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin aprelin 13-də keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat” məruzəsi ilə çıxış edərkən deyib.

V.Gülməmmədov deyib ki, 44 günlük Vətən müharibəsi dövründə Hesablama Palatası da müsəlləh əsgər kimi işinin öhdəsindən layiqincə gəlməyə çalışıb. Hesablama Palatası Azərbaycan xalqının öz torpaqlarını geri qaytarmaq uğrunda nümayiş etdirdiyi əzmi, düşmənin işğalçılıq siyasəti nəticəsində zəbt olunan torpaqlarda törətdiyi vandallıq aktları barədə ətraflı məlumatlar təqdim edilib. Hesablama Palatası müharibə zamanı qarşı tərəfin həyata keçirdiyi müharibə cinayətləri, münaqişə zonasından tamamilə kənarda yerləşən şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş terror aktları barədə digər ölkələrin ali audit orqanlarını məlumatlandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.