Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüqar Gülməmmədov: Pandemiyanın yaratdığı çətinliklər makrofiskal çərçivəyə yenidən baxılmasını zəruri edib

Vüqar Gülməmmədov: Pandemiyanın yaratdığı çətinliklər makrofiskal çərçivəyə yenidən baxılmasını zəruri edib

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində yeni növ koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinliklərlə əlaqədar cari ilin dövlət büdcəsinə dəyişikliklər və növbəti ilin büdcə layihəsi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

-Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq etdi. Hesablama Palatası qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı rəyini təqdim edib. Rəylə bağlı əlavə nələri qeyd etmək olar?

- Cari ildə dünya ölkələrində sosial və iqtisadi vəziyyəti şərtləndirən ən vacib amil yeni növ koronavirusun yaratdığı şəraitdir. Pandemiyanın yaratdığı çətinliklər dövlət maliyyəsinin idarə edilməsi sisteminə yenidən baxılmasını, makrofiskal çərçivənin bir daha nəzərdən keçirilməsini tələb edib. Əsas bir məqam qeyd olunmalıdır ki, bu hal bir sıra büdcə institutlarının tətbiqini də mümkünsüz edib. Məlumat üçün bildirək ki, pandemiyanın qarşısının alınması məqsədilə dünyada 30-dan artıq ölkə dövlət büdcəsi haqqında cari ilin büdcə qanununa əlavə və dəyişikliklər edib.

Aydındır ki, belə bir “müharibə” şəraiti dövlətin bütün alətlərinin səfərbər olunmasını zəruri edir və bu, ilk növbədə, sosial parametrlərin qorunması, daha sonra isə iqtisadi inkişafın tənəzzülünün zəiflədilməsi və postpandemiya mərhələsində inkişafın sürətləndirilməsi ilə bağlı tədbirləri əhatə etməlidir.

Resursların reallokasiyası üçün yaranmış zərurət fonunda əksər hallarda siyasi təsirlər səbəbilə dünya bazarında əhəmiyyətli xammal növləri üzrə təklifin və həmçinin tələbin dəyişməsi digər ölkələrlə yanaşı, Azərbaycanda da dövlət büdcəsinin gəlir və xərc imkanlarının yenidən nəzərdən keçirilməsini aktuallaşdırıb. Eyni zamanda, əsas makroparametrlərin davranışı ilə bağlı qeyri-müəyyənliklər, xüsusilə də cari ilin ikinci və üçüncü rüblərində tətbiq edilən sərt karantin rejiminin bu parametrlərin zəifləmə meyillərini şərtləndirməsi büdcəyə yenidən baxılması zərurəti yaradıb.

Qeyd edim ki, Hesablama Palatası cari ilin aprel ayında dövlət büdcəsinə yenidən baxılması zərurəti və dəyişikliklər üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

-Dəyişikliklərin əsas xüsusiyyətlərini necə vurğulamaq olar?

-Dövlət büdcəsində gəlirlərin azaldılması son illərdə əsas maliyyə sənədinə yenidən baxılması üçün demək olar ki, ilk dəfə nəzərdən keçirilən bir hal kimi xarakterizə olunmalıdır. Aydındır ki, qlobal karantin şərtləri bütün səviyyələr üzrə gəlirlərin azalmasına səbəb olub.

Dövlət büdcəsi ilə bağlı Qanuna rəy verdiyimiz dəyişikliklər real sektor üzrə azaldılan büdcə daxilolmalarının, əsasən, Dövlət Neft Fondunun büdcəyə transfertinin artırılması hesabına kompensasiya olunmasını nəzərdə tutur və bununla da dövlət büdcəsi gəlirlərinin ümumi məbləğinin təxminən ilkin səviyyədə saxlanılması təmin edilib. Həmçinin gəlirlərin strukturunda neft gəlirlərinin artımı, qeyri-neft gəlirlərinin isə azalması gözlənilir. Amma qeyd edək ki, neft gəlirlərinin tərkibində nəzərdə tutulmuş artım neft sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı tərəflərin mənfəət vergisinin 24,7 faiz və Dövlət Neft Şirkətinin büdcə ödənişlərinin isə 14,5 faiz azalması fonunda Dövlət Neft Fondunun transfertinin artımı ilə səciyyələnir.

Ümumiyyətlə, Hesablama Palatası xərclərin optimallaşması ilə bağlı işlərin həyata keçirilməsi fonunda bu istiqamətdə potensial və imkanların hələ də mövcud olması qənaətindədir. Hesab edirik ki, məhz bu potensialın reallaşdırılması dərəcəsi Dövlət Neft Fondundan transfertin məbləğinə təsir edən əsas göstəricilərdəndir.

Vurğulanmalıdır ki, bəzi tədiyə növləri üzrə proqnozlaşdırılan azalma meyli əgər yaşadığımız pandemiya şəraitinin təsiri ilə birbaşa korrelyasiya olunursa, bəzi tədiyələrdə nəzərdə tutulmuş dəyişikliklər xüsusi rejimin gəlirlərin azalmasına olan təsirinin kompensasiya edilməsi məqsədini daşıyır. İkinci bir xüsusiyyət kimi büdcə gəlirlərinin strukturunda bəzi tədiyə növləri üzrə proqnozların artırılması qeyd edilməlidir. Bu isə tərəfimizdən ilkin təsdiq olunmuş göstəricilər üzrə müvafiq icra hakimiyyəti orqanının korrektəsi kimi qəbul olunub.

Diqqətə çatdırılmalı digər bir məqam dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsindən daxilolmaların təsdiq edilmiş proqnoz göstəricisindən 17,5 dəfə çox olmaqla nəzərdə tutulmasıdır. Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsi ilə bağlı rəydə sərbəst qalığın idarəetməyə verilməsindən daxilolmalar üzrə kifayət qədər ehtiyat məbləğin mövcudluğu Hesablama Palatası tərəfindən qeyd olunub.

Xərclərlə bağlı aparılan dəyişikliklər funksional təsnifatın 9 bölməsində azalmanı və 3 bölməsində artımı əhatə edir. Qeyd edək ki, azalmalar, əsasən, pandemiyanın yaratdığı çətinliklər fonunda formalaşan xərcləri əhatə etsə də, artımı xüsusilə iki istiqamət üzrə qruplaşdırmaq mümkündür: səhiyyə sistemində yaranan əlavə xərclərin maliyyələşdirilməsi məqsədini güdən xərclər və iqtisadi fəaliyyətin qorunması, postpandemiya şəraitində artımı stimullaşdıracaq tədbirlər üzrə xərclər. Hesab edirik ki, yaranmış vəziyyətlə bağlı büdcədə aparılan dəyişikliklər cari şərtlərə adekvat xarakteri ilə seçilir və mümkün risklərdən səmərəli sığortalanma kimi qiymətləndirilməlidir.

Yaşadığımız şərait dövlət vəsaitlərinin qənaətli və səmərəli istifadəsi ilə bağlı meyarların daha ciddi şəkildə tətbiqini tələb edir. Ən əsası isə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş və icra üçün qurumlar qarşısında müəyyənləşdirilmiş bir tələbdir. Vəsaitlərin səmərəli və qənaətli istifadəsinin təmin edilməsi yollarından biri də rəqabətliliyin təmin olunmasından keçir.

-Rəqabətliliyin təmin olunması dövlət satınalmalarını xarakterizə edən əsas göstəricilərdəndir və bu da dünya ölkələrində nəzarət institutlarının diqqət yetirdiyi məsələlərdəndir.

-Tamamilə düzgün qeyddir və kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Hesablama Palatası nəzarət tədbirlərində dövlət satınalmalarına xüsusi diqqət yetirir. Satınalmaların əhəmiyyətini və hazırkı dövrdə vacibliyini KİV-lər də xüsusilə vurğulayır. Qeyd edək ki, bu, dövlətimizin başçısının ictimai nəzarətin təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasında da xüsusilə mühümdür.

Eyni zamanda, müəyyən edilmiş prosedurların dəqiq tətbiqi satınalmaların əsas məqsədinin – rəqabətliliyin təmin olunması məqsədinin də reallaşdırılmasına şərait yaradır.

Dövlət satınalmaları iqtisadi xarakteri ilə yanaşı, sosial mahiyyətə də malikdir. Belə ki, dövlət vəsaitləri hesabına rəqabətli prosedurların tətbiqi orta sinfin formalaşmasında vacib amil olan kiçik və orta sahibkarlığın bərabər şərtlərlə dövlət vəsaitlərinə çıxışına imkan yaradır. Bu isə öz növbəsində bir tərəfdən vergi və sosial sığorta yığımlarının dayanıqlılıq şərtlərini formalaşdırmaqla, ikinci bir tərəfdən vətəndaşlara öz imkanları hesabına özünün və ailəsinin yaşayışını təmin etməsi üçün şəraiti formalaşdırmaqla dövlətin passiv sosial müdafiə tədbirləri üzrə maliyyə imkanlarının aktiv tədbirlərə yönəldilməsinə şərait yaradır.

-Satınalmaların əhatəsinin geniş olması da vacib məsələdir.

-Doğrudur. Dövlət satınalmaları iqtisadi artımın stimullaşdırılması aləti kimi istifadə edilir, baza xidmətlərinin göstərilməsinə, innovasiyaların irəliləməsinə səbəb olur, ətraf mühitin mühafizəsi sahəsində müasir çağırışların tələblərinin ödənilməsinə şərait yaradır. Ümumilikdə isə dövlət satınalmaları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əhəmiyyətli rola malikdir.

Dövlət vəsaitləri, xüsusilə də dövlət büdcəsi xərcləri hesabına satınalmaların sərhədlərinin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Həmin genişlənmənin çərçivələrinin müəyyənləşdirilməsi üçün həyata keçirilmiş dövlət satınalmalarına yönəldilən vəsaitlərin büdcə xərclərinə və ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisindən istifadə edilir.

Qeyd edək ki, 2019-cu ildə ölkəmizdə ümumilikdə 11 min 457 sayda satınalma tətbiq edilməklə 5720,02 milyon manat məbləğində satınalma keçirilməsi ilə bağlı protokol rəsmiləşdirilib. 2019-cu ildə 2018-ci illə müqayisədə ölkəmizdə keçirilmiş satınalmaların əhatə məbləği 93,01 milyon manat və ya 1,6 faiz az olub. Bu azalma meylinin əksinə, dövlət satınalmalarının sayı 534 və ya 4,89 faiz çox olub, dövlət büdcəsindən alışlara cəlb edilən vəsaitlərin məbləğində də azalma olmayıb. Satınalmaya cəlb olunmuş dövlət vəsaitinin ümumi daxili məhsulda payı 10 faizdən aşağı və dövlət büdcəsində payı isə illik xərcləmələrin dörddəbirindən çox deyil.

Məlumat üçün qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə dövlət satınalmalarına yönəldilmiş vəsaitin orta hesabla ümumi daxili məhsula nisbəti 10,0-12,0 faiz, cəmi büdcə xərclərinə nisbəti isə 35,0-40,0 faiz təşkil edir.

Dünya Bankının məlumatlarına əsasən isə 2018-ci ildə dünya üzrə dövlət satınalmalarına 11,0 trilyon ABŞ dolları yönəldilib ki, bu da həmin il üçün 90,0 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən ümumdünya ÜDM-nin 12,2 faizinə bərabərdir. Digər bir məqamı da diqqətə çatdıraq ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ümumilikdə aşağı, orta və yuxarı gəlirli ölkələrdə dövlət satınalmalarının ÜDM-də payı demək olar ki, eyni səviyyədədir. Bəzi ölkələrdə, məsələn, Türkiyədə, Pakistanda, İsveçrədə, Misirdə, Braziliyada dövlət satınalmalarının ÜDM-ə nisbəti 20,0 faizdən də çoxdur.

Ölkəmizdə bu göstəricinin formalaşmasına təsir edən amillərdən biri dövlət satınalmaları sahəsində uçot və hesabatlılıqla bağlıdır. Hesab edirik ki, dövlət satınalmaları haqqında yeni Qanunun qəbulu və dövlət nəzarətinin gücləndirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaqdır.

-Cari şərtlərdən çıxış edərək 2021-ci ilin büdcəsi ilə bağlı Hesablama Palatasının ilkin mülahizələri maraqlıdır.

-Hazırda növbəti ilin dövlət büdcəsinin tərtibi yekunlaşma mərhələsindədir və qanunvericiliyin tələblərinə uyğun olaraq Hesablama Palatası bununla bağlı öz rəyini təqdim edəcək. Mövcud şərtlərdən çıxış edərək Hesablama Palatası layihədə bir sıra məsələlərə diqqət yetirilməsini məqsədəmüvafiq hesab edir.

Birincisi, büdcə qaydası ilə bağlı qeyd edək ki, qarşıdakı ildə bu qaydaların tətbiqinin dayandırılmasının şərtləri və bu institutun bərpası ilə bağlı əsaslandırmalar əhəmiyyətlidir. Belə ki, büdcə qaydası fiskal intizam norması olduğu üçün ortamüddətli dövrdə təkrar tətbiqi zəruridir.

Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) əsasında tərtib ediləcək ilk büdcə olmasını nəzərə alaraq yeni büdcə planlaşdırılması metodu çərçivəsində hansı addımların atılacağı büdcə sənədlərində xüsusilə əks olunmalıdır. Əlavə olaraq, nəticə əsaslı büdcəyə keçidin ilkin pilot versiyası və büdcəyə hansı formada inteqrasiya edilməsi növbəti ilin dövlət büdcəsi xərclərində və zəruri sənədlərdə müəyyənləşdirilməlidir.

Məlum olduğu kimi, dövlət büdcəsi gəlirlərində neft amili xüsusi rola və paya malikdir. Büdcədə neft gəlirlərinin hələ də dominant olması nəzərə alınmaqla son 3 ildə 22,0-25,0 milyard manat arasında dəyişən büdcə xərclərinin strukturunun optimallaşdırılması növbəti ilin büdcə xərclərində mütləq atılmalı addımlardandır. Belə ki, bu xərclərin həcminin son 3 ildə əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı, sosial-iqtisadi problemlərin həllinin dövlətin əsas məqsədi olduğu nəzərə alınmaqla, böyük büdcənin optimal və çevik struktura malik olması da vacib şərtdir.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması, qeyri-neft gəlirləri hesabına əvəz olunması və cari ildən institusional islahatlara start verilməsi ilə özəlləşdirmə, özəl investisiyanın cəlbi ilə bağlı tədbirlərin sürətləndirilməsi 2021-ci ilin büdcəsi üçün yeni çağırışlar kimi qəbul edilməlidir.

Hesablama Palatasının hesablamalarına əsasən, son iyirmi ildən artıq müddətdə özəlləşmədən daxilolmalar bir milyard manat məbləğindədir. Bu vəsaitin 30,0 faizi devalvasiyadan sonrakı üç ildə daxil olub. Həmçinin qeyd edim ki, ümumi daxilolmanın da 37,0 faizi torpaq sahələrinin satışından əldə edilib.

Hesab edirik ki, növbəti illərdə kəsirin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır. Növbəti ilin bu sahədə dönüşün ilk ili olacağını vurğulamaqla keçid dövrü üçün kəsirin maliyyələşdirilməsi məqsədilə digər mənbələrə, məsələn, əlavə borclanmaya müraciət edilə bilər.

Növbəti illərdə dövlət borcu üzrə risklər müəyyənləşdirilməli və mümkün təhdidlər konkretləşdirilməli, bununla bağlı strategiya tərtib edilməli və xərclərdə nəzərə alınmalıdır. Daxili mənbələr hesabına borclanmanın məhdud olması, xarici borclanma hesabına maliyyələşmənin artması ilə bağlı gözləntilər mövcuddur. Bu səbəbdən atılacaq bütün addımlar və icra ediləcək vəsaitlər risklərin minimallaşdırılması məqsədinə xidmət etməlidir. Əminəm ki, hökumət borclanmanı idarəolunan səviyyədə saxlayacaqdır.

Azərbaycan Prezidenti tərəfindən son müşavirələrdə dövlət xərclərinə nəzarət və dövlət maliyyəsinin hər bir manatının əsaslandırılması vacib tələb kimi müəyyən edilib. Bu tapşırıqların 2021-ci ilin dövlət büdcəsində birmənalı olaraq nəzərə alınması, büdcə şəffaflığı və hesabatlılığının yüksəldilməsi məqsədilə zəruri məlumat və sənədlərin sayının artırılması vacibdir.

Aydındır ki, növbəti ildə büdcə-vergi siyasətinin əsas istiqamətləri xüsusilə əhəmiyyətli məqsədlər üzərində formalaşmalıdır.

-Vüqar müəllim, büdcə-vergi siyasəti hansı məqamları əks etdirməlidir?

-İlk olaraq qeyd edək ki, büdcə-vergi siyasəti, başqa sözlə, dövlətin fiskal siyasəti dedikdə makroiqtisadi proseslərin tənzimlənməsi alətləri və metodları başa düşülür. İstənilən dövlətdə fiskal siyasətin əsas məqsədi iqtisadi sabitliyin əldə edilməsi və qorunmasıdır. Eyni zamanda, vurğulamaq lazımdır ki, iqtisadi sabitliyin şərtləri və şəraiti dövlətlər üzrə fərqlənir. Fərqliliyə baxmayaraq, fiskal siyasətin alətləri müəyyən edilmiş məqsədlərə nail olunması üçün maliyyə axınlarının idarəedilməsinə yönəlir. Ümumilikdə götürdükdə, istənilən ölkənin fiskal siyasəti iqtisadi artımın və məşğulluğun təmin olunması, inflyasiyanın məqbul sərhədlərdə qorunması məqsədinə xidmət edir.

Bu baxımdan növbəti ildə bu siyasətin əsas leytmotivi iqtisadi fəaliyyətin stimullaşdırılması ilə bağlıdır. Belə ki, məhz iqtisadi imkanlar sosial funksiyaların yerinə yetirilməsi imkanlarını formalaşdırır və dövlətin digər funksiyalarının icra edilməsinə şərait yaradır. İlk növbədə, vergi və gömrük potensialının reallaşdırılması və genişləndirilməsi məsələləri diqqətdə saxlanılmalı, inzibatçılığın gücləndirilməsi tədbirləri ön plana çıxmalıdır.

Fikrimizcə, cari ildə olduğu kimi, növbəti il üçün də kölgə iqtisadiyyatının azaldılması büdcə-vergi siyasətində əsas istiqamətlərdən biri kimi müəyyən edilməlidir. Lakin daha təkmil yanaşmanın tətbiqi ilə vergi gəlirlərinin potensialının hesablanmasında əsas meyarlardan olan “kölgə iqtisadiyyatı” və “vergi boşluğu” üzrə göstəricilər dünyadakı mövcud təkmil təcrübələrdən istifadə edilərək hesablanmalı, həmin göstəricilər üzrə konkret tədbirlər və hədəflər sənədlərdə əks olunmalıdır.

-Qeyd etdiniz ki, 2021-ci ilin büdcəsi Orta Müddətli Xərclər Çərçivəsinin tam olmasa da, tətbiq edildiyi ilk büdcədir. Bu çərçivə barədə məlumat almaq, Hesablama Palatasının mövqeyini bilmək istərdik.

-Məlum olduğu kimi, 2018-ci ildə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Prezident Fərmanının imzalanması ilə ölkəmizdə Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqinin hüquqi əsasları formalaşdırılıb. Həmin ilin sonunda “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı imzalanıb, Maliyyə Nazirliyi tərəfindən isə ortamüddətli xərclər çərçivəsinin hazırlanması üzrə təfsilatlı təlimatlar hazırlanıb. Bu addımlar isə nəticə əsaslı büdcəyə keçid üzrə ilkin və mühüm baza sənədləri kimi qəbul olunmalıdır.

Hazırda 3 milli xərc prioriteti müəyyən edilib ki, bu sıraya təhsil, aqrar və ekoloji istiqamətlər aiddir. Bu istiqamətlərin tətbiqi 2021-ci ilin büdcə layihəsi çərçivəsində reallaşdırılsa da, növbəti 2022-ci ilin layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə, elm və mədəniyyət, 2023-cü ildə nəqliyyat və rabitə kimi sahələrin də bu sıraya əlavə edilməsi tövsiyə olunur. Bu halda, bir məqama diqqət yetirmək lazımdır ki, hər növbəti ildə əlavə edilən 3 istiqamət əvvəl müəyyənləşdirilən 3 istiqamətə əlavə olunması, nəticədə getdikcə Orta Müddətli Xərclər Çərçivəsi və Nəticə əsaslı büdcənin (NƏB) prinsipləri büdcənin daha çox hissəsinə şamil edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, Orta Müddətli Xərclər Çərçivəsinin tam mənada 3-5 il ərzində tətbiqi yalnız dövlət maliyyə idarəetməsinin təkmil institusional bazası olan ölkələrdə mümkündür və ölkəmizdə hər iki institutun paralel və sinxron təkmilləşdirilməsi zəruridir.

Diqqətə çatdırım ki, Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqi ilə büdcə proseslərinin zamanla yuxarıdan aşağı və aşağıdan yuxarı prinsiplərinin qarşılıqlı əlaqəsi üzərində qurulacağını nəzərdə tutur. Başqa sözlə, bu iki prinsipin tətbiqi büdcənin tərtibi və icrası fəlsəfəsini dəyişəcəkdir. Həmin çərçivə nəticə əsaslı büdcəyə keçidin ilkin mərhələsidir və bu istiqamətdə reallaşdırdığımız səmərəlilik (performans) auditi vacib tələbdir. Qeyd edim ki, səmərəlilik (performans) audit növü Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (DXMH – PEFA) diaqnostik alətinin metodologiyasında da əsas şərtlərdən biridir. Eyni zamanda, performans audit performans büdcənin, başqa sözlə, nəticə əsaslı büdcənin auditi üçün əsasdır.

Səmərəlilik, nəticəlilik və qənaətlilik meyarlarına köklənən fəaliyyət göstəricilərinin tətbiqi və hazırkı təcrübənin mütləq şəkildə genişləndirilməsi lazımdır. Hər bir istiqamət üzrə göstəricilər sisteminin qurulması zəruridir. Hazırda Maliyyə Nazirliyi tərəfindən tərtib edilən təlimatda yalnız bir neçə istiqamət üzrə nümunə kimi təqdim olunan bəzi göstəricilər sistemi mövcuddur. Bir məqam qeyd edilməlidir ki, Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqi və müvəffəqiyyəti qurumların bu sistemə hazırlıq dərəcəsindən, yeni yanaşmanın tətbiqində bacarıq və vərdişlərindən asılıdır.

Ümumiləşmə apararaq qeyd edək ki, bu çərçivə vəsaitlərin müəyyən olunmuş məqsədlərlə uzlaşmasını təmin etməyi nəzərdə tutur. Başqa sözlə, dövlət vəsaitlərinin daha nəticəli, qənaətli və səmərəli istifadəsinə xidmət edən OMXÇ və NƏB ölkənin əsas strateji məqsədlərinə nail olunması üçün ayrı-ayrı qurum və ya sahələrin fəaliyyətinin əlaqələndirilməsini təmin etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir YENİLƏNƏCƏK

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb